Bayden Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb
sizinxeber.az xəbər saytı

Bayden Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb


ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibəyə görə Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların müddətini bir il müddətinə uzadıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib:

"Mən qərara aldım ki, Ukrayna ilə əlaqədar 13660 saylı İcra Sərəncamı ilə yaradılmış milli fövqəladə vəziyyətin uzadılmasının zəruriliyi var", - deyə Baydenin Konqrəsə göndərdiyi məktubda bildirilib.

Qeyd edək ki, ABŞ-nin Rusiyaya qarşı sanksiyaları 2014-cü il martın 6-da tətbiq edilib.

Bundan sonra bu qərarlar mütəmadi olaraq uzadılıb.

Oxşar xəbərlər

Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir"
KİV: Aİ Rusiyaya qarşı 13-cü sanksiya paketini təsdiqləyib
Putin Baydenə cavab verib
KİV: İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni PUA hazırlayıb
Stoltenberq: Ukrayna NATO-ya daxil olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər