Pentaqon minlərlə Şimali Koreya hərbçisinin Rusiyaya göndərildiyini açıqlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
okt
2024
02:50

Pentaqon minlərlə Şimali Koreya hərbçisinin Rusiyaya göndərildiyini açıqlayıb

29 okt, 2024
02:50
558

Pentaqon minlərlə Şimali Koreya hərbçisinin Rusiyaya göndərildiyini açıqlayıb

Koreya Xalq Demokratik Respublikasının Ukraynaya qarşı döyüşlərdə iştirak etmək üçün 10 minə yaxın əsgər göndərdiyi iddia olunur.

APA xəbər verir ki, bu açıqlama ilə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx çıxış edib.

Onun sözlərinə görə, Şimali Koreya hərbçilərinin bir hissəsi artıq Ukrayna ərazisinə daha yaxın yerdə yerləşdirilib. O, həmin əskərlərin yaxın gələcəkdə Kursk bölgəsində döyüşə girə biləcəklərini deyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden də Şimali Koreya hərbçilərinin Rusiya ərazisində olması ilə bağlı məsələyə toxunmuşdu.

Bizimlə əlaqə saxlayın