ABŞ G7 tərəfindən Ukraynaya veriləcək kreditin 20 milyardını təmin etməyə hazırdır
ABŞ prezidenti Co Baydenin administrasiyası, G7 ölkələri tərəfindən Ukraynaya veriləcək ümumi kreditin 40%-ni ayırmağa hazırdır.
APA xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” nəşrinin mənbələrinə istinadən verdiyi xəbərə görə, söhbət 20 milyard dollardan gedir.
Qeyd edək ki, Fransa prezidenti Emanuel Makron da 50 milyard dollar olan ümumi məbləğdən Avropa ölkələrinin 20 milyard, ABŞ-ın isə 20 milyard ayıracağını, qalan G7 ölkələrinin isə 10 milyard dollar verəcəyini bildirmişdi.
Nəşrin mənbələrinin verdiyi məlumata görə, Avropa İttifaqı Macarıstanı anti-Rusiya sanksiyalarının uzadılmasına vetodan imtina etməyə inandırmaq tələbini yerinə yetirməsə belə, Vaşinqton tələb olunan məbləği ayıra bilər.
Nəşr onu da yazır ki, vəsaitin necə bölüşdürüləcəyi ilə bağlı rəsmi açıqlama oktyabrın 25-də G7 ölkələrinin maliyyə nazirləri tərəfindən veriləcək.
Nəşrin digər mənbəsinin sözlərinə görə, bütün lazımi razılaşmalar hələ əldə olunmayıb və Bayden administrasiyası Konqres üzvləri və Ukrayna rəhbərliyinin nümayəndələri ilə borcun ödənilməsi ilə bağlı məsələləri müzakirə etməyə davam edir.
Ehtimal olunur ki, kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəətin yenidən investisiya edilməsi hesabına ödəniləcək və alınan vəsaitlə Ukrayna Avropa da daxil olmaqla, hərbi texnika ala biləcək.
Oxşar xəbərlər
Fransa Ukraynaya 20 milyard dollardan çox vəsaitin ayrılmasına qarşıdır
Norveç Ukraynaya 2030-cu ilə qədər 5.7 milyard dollar ayıracaq
Borrell: Aİ-nin Ukraynaya hərbi yardımı 43,5 milyard avroya çatıb
Aİ Ukraynaya 35 milyard avro ayıra bilər
G7 oktyabr ayına qədər Rusiya aktivlərindən istifadə etməklə Kiyevə 50 milyard dollar kredit ayıra bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













