Co Bayden vaxtından əvvəl vəzifədən gedə bilər
ABŞ-nin Nümayəndələr Palatasının “Respublikaçılar” partiyasından olan üzvləri prezident Co Baydenin impiçmentinə səbəb olacaq hesabatı Konqresə təqdim edib.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, 291 səhifəlik sənəddə bildirilib ki, Ağ Ev rəhbəri 2014-cü ildən bəri şəxsi nüfuzundan istifadə edərək ailə üzvlərinə aid şirkətlərin ticarət əməliyyatlarının təşviqi müqabilində külli-miqdarda gəlir qazanıb.
O, həmçinin ABŞ-də biznesini inkişaf etdirmək istəyən rumıniyalı iş adamından rüşvət almaqda da ittiham olunur. Hələlik Nümayəndələr Palatasının rəhbəri Mayk Consonun impiçment dinləmələri haqda qərar verib-verməyəcəyi aydın deyil. Lakin məsələ müzakirəyə çıxarılsa, o vaxtından əvvəl vəzifədən gedə bilər.
Qeyd edək ki, Сo Baydenin səlahiyyət müddəti yanvarın 20-də başa çatır.
Oxşar xəbərlər
Gürcüstan Prezidenti Saakaşvilinin əfvi məsələsini nəzərdən keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
