ABŞ Ukraynanın Kurska hücumu ilə bağlı xəbərdarlıq edilmədiyini bildirib
sizinxeber.az xəbər saytı

ABŞ Ukraynanın Kurska hücumu ilə bağlı xəbərdarlıq edilmədiyini bildirib


ABŞ administrasiyasına Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməyib.

APA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Bizim bundan xəbərimiz yox idi. Lakin Ukraynanın hücumu həyata keçirməzdən əvvəl konkret taktikalarını bizə deməməsi qeyri-adi bir şey deyil. Bu, onların apardıqları müharibədir. Biz onları avadanlıqla təmin edirik. Biz onlara məsləhətlər veririk. Lakin Onların həyata keçirdikləri gündəlik taktikalara, vurduqları gündəlik zərbələrə gəldikdə - bəzən biz onlarla ünsiyyət qururuq, bəzən əlaqə saxlamırıq və belə qərarları məhz onlar qəbul etməlidir”, - deyə diplomat bildirib.

O bildirib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinin bu əməliyyatla bağlı planlarını anlamaq üçün Ukrayna ilə əlaqə saxlayır.

Oxşar xəbərlər

ABŞ İranı eskalasiyadan əl çəkməyə inandırmağa çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ hücuma hazır olması barədə xəbərdarlıq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Belqoroda raket hücumu barədə Putinə məruzə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər