Tramp: İranın yeni liderləri ağıllı olsalar, ölkələrinin firavan gələcəyi ola bilər
sizinxeber.az xəbər saytı

Tramp: İranın yeni liderləri ağıllı olsalar, ölkələrinin firavan gələcəyi ola bilər


İsrail məni müharibəyə sövq etməyib.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Tramp bildirib ki, İsrail heç vaxt onu İranla müharibəyə sövq etməyib.

ABŞ Prezidentinin sözlərinə görə, 7 Oktyabr hadisələrinin nəticələri onun İranın heç vaxt nüvə silahına sahib olmamasına dair fikrini gücləndirib: “Saxta xəbər yayan analitiklər və sorğuları izləyirəm, onlara heç inanmıram. Onların dediklərinin 90%-i yalan və uydurmadır, sorğular da saxtadır, eynilə 2020-ci ildə keçirilən prezident seçkiləri kimi. Medianın haqqında danışmaq istəmədiyi Venesuelada əldə edilən nəticələr kimi, İranda da nəticələr möhtəşəm olacaq. Əgər İranın yeni liderləri ağıllı olsalar, İranın firavan bir gələcəyi ola bilər”.

Oxşar xəbərlər

Rubio: ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir
ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edəcək
Tramp: İranda bütün nüvə obyektləri məhv edilib
Tramp: İsrail ilə Livan liderləri arasında sabah görüş olacaq
Tramp: Tehran razılaşmadan imtina etsə, ABŞ İranın neft ixracını sıfıra endirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər