Quterreş Beyruta endirilən zərbələri və Haniyənin qətlini təhlükəli eskalasiya adlandırıb
BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, İranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi, həmçinin İsrailin Beyruta endirdiyi zərbələr Yaxın Şərqdə vəziyyətin gərginləşməsini ifadə edir.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.
“Baş katib hesab edir ki, Beyrutun cənubunda və Tehranda müşahidə etdiyimiz hücumlar, bütün səylərin Qəzzada atəşkəsin yaradılmasına, israilli girovların azad edilməsinə və humanitar yardımların əhəmiyyətli dərəcədə artırılmasına yönəlməli olduğu bir vaxtda təhlükəli eskalasiyadır.”
Düjarrik həmçinin qeyd edib ki, Quterreş daim tərəfləri maksimum təmkinli olmağa çağırıb.
Oxşar xəbərlər
İran Həniyyənin qətli ilə bağlı BMT TŞ-nın təcili iclasını çağırıb
Norveç XİN: İsrailin Livan ərazisinə cavab zərbələri bütün Yaxın Şərqdə sabitliyi poza bilər
Ərdoğan HAMAS liderinin qətlini pisləyib
Blinken İsrailə səfər edəcək
İran XİN: Haniyənin qanı hədər getməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













