Rubio: Vens 2028-ci ildə ABŞ prezidenti postuna namizəd ola bilər
sizinxeber.az xəbər saytı

Rubio: Vens 2028-ci ildə ABŞ prezidenti postuna namizəd ola bilər


ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində dövlət başçısı postuna namizəd ola bilər.

Sizinxeber.az xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalına müsahibəsində bildirib.

“Məncə, Cey Di əla namizəd olardı”, – deyə o qeyd edib.

Rubiodan həmçinin 2028-ci ildə özü prezidentliyə namizəd olmaq niyyətində olub-olmadığı soruşulub. “Heç vaxt bilmək olmur ki, gələcək nə gətirəcək. Heç nəyi istisna etmirəm”, – deyə Rubio cavab verib. O əlavə edib ki, hazırda tamamilə Dövlət Departamentindəki vəzifəsinə fokuslanıb: “Mən bu işlə prezident mənə icazə verdiyi müddət ərzində məşğul olmaq istəyirəm. Hesab edirəm ki, işləməyə davam etsək, vətənimə yaxşı xidmət etmiş olacağam”.

Oxşar xəbərlər

Tramp: “Vens və Rubionu potensial varislərim kimi görürəm”
Marko Rubio: Ukrayna Rusiyanı 2014-cü ildə olduğu mövqelərə qaytara bilməyəcək
Rubio: ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir
Rubio İranı bütün nüvə obyektlərinə müşahidəçilərin buraxılmasına icazə verməyə çağırıb
Tramp üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyə hazırlaşmır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle