Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb
ABŞ-da prezidentliyə namizəd olan hazırki vitse-prezident Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb.
Sizinxeber.az xəbər verir ki, TikTok-a yeni qoşulan Harrisin artıq 3.2 milyondan çox izləyicisi var.
Demokratların namizədi olan vitse-prezident Kamala Harris prezident seçkiləri kampaniyasında TikTok sosial media platformasından istifadə etməyə başlayıb.
Amerikanın CNBC kanalının saytında yer alan xəbərə görə, Harris TikTok hesabında "@kamalaharris" adlı video yayımlayıb.
Noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyası üçün TikTok-da paylaşdığı videoda Harris, "Bu yaxınlarda eşitdim ki, videolarım TikTok-a yerləşdirilib. Ona görə də platformaya şəxsən qoşulmaq istədim", - deyə bildirib.
Oxşar xəbərlər
Kamala Harris prezident seçkilərində iştirak edəcək
KİV: Harris avqustda ABŞ-nin vitse-prezidentliyinə namizədini açıqlayacaq
KİV: Kamala Harris prezident seçilsə, Blinken, Ostin və Sallivanı vəzifələrindən uzaqlaşdıracaq
Kamala Harris Trampa qarşı mübarizə aparmağa hazır olduğunu açıqlayıb
ABŞ senatoru deyir ki, Harris Baydendən daha çox xaosa səbəb ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













