FTB Trampın sui-qəsd cəhdi zamanı güllələndiyini təsdiqləyib
sizinxeber.az xəbər saytı

FTB Trampın sui-qəsd cəhdi zamanı güllələndiyini təsdiqləyib


Federal Təhqiqatlar Bürosu sabiq ABŞ prezidenti və prezidentliyə namizəd Donald Trampın yaralanması ilə bağlı şübhələri aradan qaldırıb.

APA xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) respublikaçı Donald Trampın mitinqdə güllə və ya onun parçaları ilə yaralandığını təsdiqləyib. “Associated Press” agentliyinin verdiyi məlumata görə, bu barədə FTB-nin bəyanatında deyilir.

Bəyanatdan belə çıxır ki, sabiq prezident Trampın qulağına öldürülən snayperin tüfəngindən açılan bütöv bir güllə və ya onun parçaları dəyib.

Qeyd edək ki, bundan əvvəl FTB direktoru Kristofer Ray ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsində keçirilən dinləmələrdə Trampın sui-qəsd zamanı güllə yarası almasına şübhə ilə yanaşmışdı.

Oxşar xəbərlər

Kobaxidze: Trampın qələbəsi Ukrayna müharibəsini daha tez başa çatdıra bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pentaqon: Hindistan çoxqütblü dünya sisteminə can atır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Zelenski ilə telefon danışığının təfərrüatlarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər