sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
KİV: ABŞ-ın Fordodakı obyektə zərbə endirməsi nüvə partlayışına səbəb olmayacaq
ABŞ-ın İranın Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektinə endirdiyi zərbə radiasiyanın yayılmasına və ya nüvə partlayışına səbəb olmayacaq.
Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın “NBC News” telekanalı nüvə təhlükəsizliyi üzrə ekspertlərə istinadən məlumat yayıb.
Onların fikrincə, bombardman nəticəsində obyektin işçiləri böyük ehtimalla xəsarət alıb. Lakin hücum nüvə partlayışı və ya iri miqyaslı radiasiya və ya kimyəvi maddələrin yayılmasına səbəb olmayacaq.
“Bu, Fordoda nüvə reaktorları və ya döyüş başlıqları olsaydı baş verə bilərdi. Lakin beynəlxalq müşahidəçilər və ekspertlər bunun belə olmadığını düşünürlər”, - telekanal qeyd edib.
Oxşar xəbərlər
AEBA İranın əsas nüvə obyektinə zərbə endirildiyini təsdiqləyib
İsrailin Natanzdakı nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkarlanmayıb
Kobaxidze: Gürcüstanda “Maydan” olmayacaq
ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edəcək
KİV: İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













