Kelloq: ABŞ döyüşlərin mövcud cəbhə xəttində dayandırılmasını istəyir
sizinxeber.az xəbər saytı

Kelloq: ABŞ döyüşlərin mövcud cəbhə xəttində dayandırılmasını istəyir


ABŞ Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün döyüş əməliyyatlarının cəbhə xəttində dayandırılmasını istəyir.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Brüsseldə keçirilən Alman Marşall Fondunun forumunda bildirib.

“Biz döyüşlərin hazırkı mövqelərdə dayandırılmasına nail olmaq istəyirik. Kim haradadırsa, həmin ərazi onun nəzarətində qalacaq. Bu, hüquqi tanınma deyil, de-fakto vəziyyətdir. Daha sonra uşaqların və əsirlərin geri qaytarılması, eləcə də təkcə Ukrayna üçün deyil, Avropa üçün də əlverişli olan sabit atəşkəs reallaşdırılmalıdır,” – Kelloq bildirib.

Oxşar xəbərlər

Kelloq: Tramp Ukrayna və Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəs istəyir
Kelloq: Rusiya-Ukrayna müharibəsində 1,2 milyondan çox insan həlak olub
Kelloq: Kiyev 30 kilometrlik hərbisizləşdirilmiş zona yaratmaq istəyir
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar
Kelloq yaxın həftələrdə Trampa Ukrayna planını təqdim edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər