Ermənistan DİN Qarabağ ermənilərinin silahları təhvil vermələrini tələb edib
sizinxeber.az xəbər saytı

Ermənistan DİN Qarabağ ermənilərinin silahları təhvil vermələrini tələb edib


Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Qarabağdan könüllü çıxıb ölkəyə gələnlərin silah-sursatı təhvil vermələrini tələb edib.

Bu barədə "Report" "Sputnik Armenia"ya istinadən xəbər verir.

Nazirliyin məlumatına əsasən, bu addım onları məsuliyyətdən azad edəcək.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan daxili işlər naziri Vahe Qazaryan Qarabağdan gələnlərin gətirdikləri silahları təhvil verməyə çağırış edib. Nazir parlamentdə bəyan edib ki, Qarabağdan müəyyən miqdarda silah və sursat daşınmasına dair sübutlar var: "Artıq onları könüllü təslim etmələri halları da var. Hüquq-mühafizə orqanları izahat işləri aparır".


Oxşar xəbərlər

Daxili İşlər Nazirliyi silahlarla bağlı vətəndaşlara müraciət edib
DİN: Təslim olan ermənilər Qarabağdan belə çıxarılacaq
“Qanuni oğru”nun 720 mənzili dövlətə təhvil verildi - FOTO
Ermənilər 800-dən çox silahı təhvil verdi - Video
DTX-dən Qarabağdakı ermənilərə müraciət: Silahları təhvil verin!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər