Kallas Tramp – Zelenski görüşünü şərh edib: Azad dünyanın yeni liderə ehtiyacı var
sizinxeber.az xəbər saytı

Kallas Tramp – Zelenski görüşünü şərh edib: Azad dünyanın yeni liderə ehtiyacı var


Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenskinin qalmaqallı görüşündən sonra “azad dünyanın yeni liderə ehtiyacı olduğunu” bildirib.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı sosial şəbəkədə yazıb.

“Avropa İttifaqı Ukraynaya mübarizəni davam etdirə bilməsi üçün dəstəyi artıracaq. Bu gün aydın oldu ki, azad dünyanın yeni liderə ehtiyacı var. Bu problemi həll etmək bizdən, avropalılardan asılıdır”, – Kallas qeyd edib.

Xatırladaq ki, daha əvvəl bir sıra Avropa liderləri Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə etmişdilər.

Oxşar xəbərlər

Aİ: Zelenski olmadan Tramp və Putin arasında Ukrayna ilə bağlı müzakirə aparmaq təəccüblüdür
Aİ və Avropa Şurası yeni rəhbər heyəti Kiyevdə səfərdədir
Kallas: Ukraynada cəbhə xətti qərbə doğru irəliləyir
Kallas Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək
Kallas: ABŞ Ukraynaya yardımları azaltsa, Aİ Kiyevə dəstəyi artırmalı olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle