Zaxarova Vaşinqtonun Moskvadakı terror aktı ilə bağlı açıqlamasından narazı qalıb
sizinxeber.az xəbər saytı

Zaxarova Vaşinqtonun Moskvadakı terror aktı ilə bağlı açıqlamasından narazı qalıb


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Vaşinqtonun Krasnoqorskda baş vermiş terror aktı ilə bağlı açıqlamasından narazı qalaraq qarşı tərəfi məlumat verməməkdə suçlayıb.

Bu barədə diplomat “Telegram”da yazıb.

“Vaşinqtondakı rəsmilər hansı əsasla faciənin ortasında kiminsə təqsirsizliyi ilə bağlı nəticə çıxarırlar? Əgər ABŞ-nin bununla bağlı mötəbər məlumatı varsa və ya olubsa, o zaman o dərhal Rusiya tərəfinə ötürülməlidir”, - o qeyd edib.

Qeyd edək ki, Ağ Ev Rusiyada baş vermiş terror aktında Ukrayna və ya ukraynalıların əli olmasında heç bir əlamət görmədiyini açıqlayıb.

Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin “Krokus siti holl” konsert zalında baş vermiş terror aktında onlarla insan ölüb, yüzdən çox insan yaralanıb.

Oxşar xəbərlər

Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və ailəmə toxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskva teraktı: Bir azərbaycanlı həlak oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: Belqorordun atəşə tutulması terror aktıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə İstanbulda törədilmiş terror aktı ilə bağlı 48 nəfəri həbs edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Rəisi ilə telefonla danışıb, terror aktı ilə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər