Somali HDQ komandanı: “Ərazi bütövlüyünü qorumaq üçün lazım olan hər şeyə sahibik”
“Somali Hərbi Dəniz Qüvvələri (HDQ) tam təchiz olunub və Efiopiya ilə artan gərginlik fonunda dövlətin sularını müdafiə etməyə tam hazırdır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Somali Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin komandanı, admiral Abdi Varsame Osman deyib.
“Sizdən tam hazır olmanızı istəyirik. Xarici düşmən kimi daxili düşmən də bizdən heç nə ala bilməyəcək”, - admiral Somali Hərbi Dəniz Qüvvələrinin komandanlığını ziyarət edərkən zabitlərə müraciətiətində bildirib. Osman vurğulayıb ki, ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazım olan hər şeyə sahibdirlər.
Qeyd edək ki, Somali və Efiopiya arasında münasibətlər ikincinin beynəlxalq səviyyədə Somalinin bir hissəsi hesab edilən, tanınmamış Somalilend ilə dəniz limanlarına çıxış əldə etmək üçün anlaşma memorandumu imzalamasından sonra pisləşib. Somali hökuməti ölkənin suverenliyini pozan memoranduma etiraz etmək niyyətində olduqlarını bildirib. Paytaxt Moqadişoda memorandumun əleyhinə bir sıra kütləvi nümayişlər keçirilib. ABŞ və Misir də daxil olmaqla bir sıra dövlətlər Somalinin ərazi bütövlüyünə sadiqliklərinə bildiriblər.
Oxşar xəbərlər
Somali ordusu Masaqauey şəhərini silahlılardan təmizləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Hərbi Dəniz Qüvvələri yeni dəniz qanadlı raketləri alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşar Güler: "Azərbaycanın ərazi bütövlüyü üçün atdığı addımları böyük məmnunluqla izləyirik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keniyada hərbi helikopter qəzaya uğradı: Azı səkkiz nəfər həlak oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ MN yüklərini daşıyan “Maersk” gəmiləri Qırmızı dənizdən keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












