Siqaretdən qurtulmağa kömək edən ən sadə üsul tapıldı
sizinxeber.az xəbər saytı

Siqaretdən qurtulmağa kömək edən ən sadə üsul tapıldı


Avstriyanın İnsbruk Universitetinin alimləri müəyyən ediblər ki, təmiz havada sürətlə gəzmək siqaretə olan həvəsi azaldır.

Sizinxəbər.Az-ın məlumatına görə,tədqiqat çərçivəsində 18 yaşdan yuxarı 16 siqaret çəkən şəxsin iştirakı ilə üç fərqli təcrübə aparılıb.

İştirakçılar təsadüfi qaydada açıq havada on dəqiqəlik sürətli gəzintiyə çıxıb, qapalı qaçış meydançasında oxşar məşq edib və on dəqiqə oturaq vəziyyətdə qalıblar.

Hər mərhələdən əvvəl və sonra onların siqaretə tələbatı qiymətləndirilib. Bu zaman, fizioloji və psixoloji əlamətlər də (depressiv əhval-ruhiyyə, əsəbilik, narahatlıq, konsentrasiyanın çətinləşməsi və s) nəzərə alınıb.

Nəticələr göstərib ki, açıq havada sürətlə yerimək siqaret çəkmək istəyini xeyli azaldıb. Bununla belə, qeyd olunub ki, açıq havada məşqlər 10 gün dayandırıldıqda siqaretə olan həvəs yenidən artır.

Mənbə: gazeta.ru

Oxşar xəbərlər

Ürək sağlamlığını qorumağın yolları - HƏKİM MƏSLƏHƏTİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda havada tozun miqdarı normadan yüksəkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pediatr: “Üç yaşdan yuxarı olan uşaqlara turşu kələm məsləhət görülür” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alimlərdən Kanada və ABŞ-nin əraziləri, həmçinin əhalisi ilə bağlı qorxunc proqnoz [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Wolt” kuryerləri etiraz edirlər: “Təhlükəli şəraitdə işləyirik” - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər