Ermənistan hakimiyyəti növbədənkənar seçkilərə gedəcək?
sizinxeber.az xəbər saytı

Ermənistan hakimiyyəti növbədənkənar seçkilərə gedəcək?


"Hakimiyyət növbədənkənar seçki keçirmək fikrində deyil".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın hakim partiyasının deputatı, parlamentin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədr müavini Armen Xaçatryan tərəfindən səslənib.

“Növbədənkənar seçkilərə niyə getməliyik, problem nədir? Belə bir müzakirə olmayıb. Konstitusiyaya görə, parlament 5 il müddətinə seçilir. Müddət bitdikdən sonra yeni seçkilər olacaq”, - deyə Xaçatryan bildirib.

“Qərbin yeni seçkilərdə israr etdiyi” barədə söz-söhbətlərə cavab olaraq hakim partiyanın deputatı bunları deyib: “Qərb təzyiq etmir və mən hazırda növbədənkənar seçkilərə ehtiyac görmürəm”. 

Oxşar xəbərlər

Tahir Kərimli növbədənkənar prezident seçkilərində namizəd olacaq?
Novella Cəfəroğlu: “İlham Əliyevə alternativ yoxdur, hazırkı vəziyyətdə Prezidentin dəyişməsini istəmirəm”
"Ukrayna Rusiyaya böyük zərbə vurarsa, bu hadisə Putinin seçkilərdəki reytinqinə mənfi təsir edə bilər"
AXCP və Müsavat seçkilərdə iştirak etməyəcək
Spiker: "Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər