Tramp mayın 8-ni Qələbə günü elan edib
sizinxeber.az xəbər saytı

Tramp mayın 8-ni Qələbə günü elan edib


ABŞ Prezidenti Donald Tramp mayın 8-ni ABŞ-nin İkinci Dünya Müharibəsində "Avropadakı tiraniya və şər üzərində qələbə günü" elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında yayımlanan bəyanatda bildirilir.

"1945-ci il mayın 8-də nasist Almaniyasının dəmir caynağı sındı və qələbə xəbəri bizim böyük ölkəmizə və bütün dünyaya yayıldı. Bu, azadlıq tarixində həlledici dönüş nöqtəsi oldu", - sənəddə qeyd edilir.

Tramp ABŞ hərbçilərinin qəhrəmanlığını və ölkənin verdiyi böyük itkiləri vurğulayıb. Onun sözlərinə görə, nasizmlə mübarizədə 250 mindən çox amerikalı həyatını itirib.

Bundan əvvəl ABŞ prezidenti dəfələrlə bildirmişdi ki, İkinci Dünya Müharibəsini məhz ABŞ "qazanıb". Siyasətçi qeyd edib ki, amerikalı hərbçilər olmasaydı, bütün dünya "alman və yapon dillərində danışardı".

Ağ Ev rəhbəri, həmçinin şikayətlənib ki, ABŞ Rusiya və Fransadan fərqli olaraq nasist Almaniyası üzərində qələbəni qeyd etmir.

Oxşar xəbərlər

Tramp 11 noyabr və 8 may tarixini qələbə günləri elan edib
ABŞ olmasaydı, alman və yapon dilində danışırdınız - Tramp
KİV: Tramp mayın 8-də Britaniya ilə ticarət sazişini elan edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər