“Oktyabrda sülh müqaviləsi imzalanacaq?” sualına - Paşinyandan cavab
“Ermənistan və Azərbaycan oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammitində sülh müqaviləsi imzalamağı planlaşdırmır”.
"sx.buludhost.com” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan Ağsaqqallar Şurasına səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
“Təəssüf ki, yox. Çünki sənədin imzalanması nəzərdə tutulsaydı, bu, o demək olardı ki, bu, maraqlar balansına hörmətlə yanaşır və biz onu imzalamağa hazırıq. Biz sülh gündəliyinin bizim prioritetimiz olduğunu söylədik və bunu tez bir zamanda istəyirik ki, mümkün qədər - ilin sonuna qədər, gələn ilin əvvəlində Azərbaycanla sülh müqaviləsi imzalansın”, - Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, o, Qranadada sənədin imzalanmasının planlaşdırıldığını elan etmək istərdi, lakin bu, baş tutmayacaq. Eyni zamanda, Baş nazir intensiv danışıqların davam etdiriləcəyinə və tərəflərin məsələnin həllinə gələcəklərinə ümid etdiyini bildirib.
Oxşar xəbərlər
Paşinyan: “İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan Azərbaycan Prezidenti ilə görüşməyə ümid edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: "Azərbaycanla razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiqik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Onnik Krikoryan: “Azərbaycanla sülh sazişi Paşinyana siyasi dividendlər qazandıra bilər” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












