Ərdoğan heç vaxt uğursuz olmur, heyrətamizdir - Tramp
sizinxeber.az xəbər saytı

Ərdoğan heç vaxt uğursuz olmur, heyrətamizdir - Tramp


ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qəzza məsələsində ona verdiyi dəstəyi yüksək qiymətləndirib.

Sizinxeber.az xəbər verir ki, Tramp bu fikirləri Yaxın Şərq Sülh Sammitində səsləndirib.

O, Türkiyə Prezidentinin son illərdə bir çox regional münaqişələrin həllində mühüm rol oynadığını vurğulayıb:

“Son zamanlar baş verən bəzi münaqişələrə baxsanız, Türkiyə Prezidenti onların həllində ön sırada idi və qalib gəlirdi. Türkiyə dünyanın ən güclü ordularından birinə sahibdir. Hər dəfə ona ehtiyacım olanda, o, mənim yanımda olub. Mən Prezident Ərdoğana təşəkkür etmək istəyirəm. O, heç vaxt uğursuz olmur, o, heyrətamizdir. Ona görə də dostluğa görə sizə təşəkkür edirəm.”

Qeyd edək ki, sammitdə Azərbaycan Prezidenti ilə yanaşı bir sıra Yaxın Şərq ölkələrinin liderləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Ərsin Tatar İlham Əliyevə təşəkkür etdi
Prezident İlham Əliyev Ərdoğana zəng edib
Fidan: Ərdoğan və Tramp qısa zamanda görüşəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər