Tramp Ağ Evdə UFC döyüşünün keçiriləcəyini açıqlayıb
sizinxeber.az xəbər saytı

Tramp Ağ Evdə UFC döyüşünün keçiriləcəyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün keçiriləcəyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti bu barədə Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

"Təsəvvür edin, Ağ Evin ərazisində UFC döyüşü keçirəcəyik. Bunun üçün kifayət qədər yerimiz var", - deyə D.Tramp qeyd edib.

Onun sözlərinə görə, söhbət 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən gedir. Lakin D.Tramp döyüşün tarixini və iştirakçıların adını dəqiqləşdirməyib.

Oxşar xəbərlər

Ağ Evdə UFC döyüşü keçiriləcək
Tramp İranla sövdələşmənin şərtini açıqlayıb
Tramp: ABŞ-İran danışıqları yaxşı gedir
Tramp: Rüsumlar ABŞ-yə 88 milyard dollar gəlir gətirib
Tramp: ABŞ-ın İranla danışıqları yaxşı gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər