Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edilib
sizinxeber.az xəbər saytı

Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edilib


Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının 5-ci ildönümü ilə əlaqədar iyulun 24-də anım mərasimi keçirilib.

APA MN-ə istinadən xəbər verir ki, əvvəlcə İkinci Şəhidlər xiyabanında şəhid hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşlarının iştirakı ilə Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib.
Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər şəhidimizin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, peşəkarlığından, döyüş əzmindən və milli-mənəvi dəyərlərimizə bağlılığından danışıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra polkovnik-leytenant R.Atakişiyevə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə ifa olunan vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqi nömrələri maraqla qarşılanıb.

Oxşar xəbərlər

Rəşad Atakişiyevin anım mərasimi keçirilib - FOTO
Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra ediblər - VİDEO
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO
FHN-in regional mərkəzlərində Həmrəylik Günü və Yeni illə bağlı tədbirlər keçirilib
İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər