Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra ediblər  - VİDEO
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra ediblər - VİDEO


2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.
Təlim-məşq uçuşlarının ssenarisinə uyğun olaraq, Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.
Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Oxşar xəbərlər

Azərbaycan pilotları çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO
Azərbaycan pilotları çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər - VİDEO
“Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib - VİDEO
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər