Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb
Avropa İttifaqının (Aİ) “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.
“Sizinxeber.az” xəbər verir ki, fevralın 12-i saat 10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə 2 ədədinin üzərində Avropa İttifaqının və 1 ədədinin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bayrağının olduğu 3 ədəd yolsuzluq avtomobili və Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd "UAZ Patriot" markalı avtomobilin gəlməsi, 2-i hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 6 nəfər şəxsin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb.
Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək geri qayıdıblar.
Aİ və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.
Oxşar xəbərlər
Bu gün 4 nəfər üzərində Aİ bayrağı olan 2 avtomobildə Gorus istiqamətində yerləşən döyüş mövqeyinə gələrək əraziyə baxış keçirib
Azərbaycan Ordusunun mövqeləri Naxçıvan istiqamətində yenidən atəşə tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
Uilli Uolş: Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
"Reuters": ABŞ İran aktivlərinin Fars körfəzindəki müttəfiqlərinə verilməsini nəzərdən keçirir
