Nazir qoşunların döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə bağlı göstəriş verib
sizinxeber.az xəbər saytı

Nazir qoşunların döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə bağlı göstəriş verib


Noyabrın 23-də Müdafiə Nazirliyində keçirilən xidməti müşavirə zamanı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və qoşun xidmətinin təşkili təhlil olunub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən verilən xəbərdə deyilib.

Bildirilib ki, müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daha da yüksəldilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş növbətçiliyinin düzgün təşkil olunması ilə bağlı müvafiq göstərişlər verib. Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, peşəkarlığının artırılması məqsədilə müxtəlif qoşun növlərinin cəlb olunması ilə keçirilən təlimlərin, müsabiqə və yarışların, eləcə də hərbi vəzifəlilərin təlim toplanışlarının intensivliyinin və keyfiyyətinin daha da artırılmasının vacibliyi qeyd olunub.

Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, aparılan uğurlu islahatlar və onların müsbət nəticələri müşavirədə diqqətə çatdırılıb. Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən silah, texnika və aviasiya vasitələrinin döyüşdə effektiv tətbiqinin öyrənilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Oxşar xəbərlər

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
Zakir Həsənov revanşist qüvvələrin ehtimal olunan bütün təxribatlarına hazır olmaqla bağlı tapşırıqlar verib
Müdafiə naziri müşavirə keçirib, şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edilib
Zakir Həsənov və Hikmət Mirzəyev Ermənistanla şərti sərhəddə ordunun döyüş hazırlığını yoxlayıb
Zakir Həsənov və Hikmət Mirzəyev Ermənistanla şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüblər - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər