Bakıda hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir
Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə oktyabrın 7-də Bakıda “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) öz işinə başlayıb.
"Report" xəbər verir ki, BQXK-nın mühüm tədbirlərindən biri olan seminarda 70-dən çox ölkəni təmsil edən yüksək rütbəli zabitlər iştirak edirlər.
Məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.
Seminar, əsasən, müharibə təcrübəsi keçən ölkələrdən məhz beynəlxalq humanitar hüququn əsasları, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində keçirilir.
Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşəcəklər.
Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, beynəlxalq humanitar hüquq və hədəfəalma, Azərbaycan Ordusunda beynəlxalq humanitar hüququn tətbiqi və digər mövzularda çıxışlar təqdim ediləcək.
Seminar oktyabrın 12-dək davam edəcək.
Oxşar xəbərlər
Livan regiondakı bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını tələb edib
Ağdam yolu ilə aparılan yük Xankəndiyə çatdı - Artıq paylanılır...
Rusiya Donbasa raket zərbələri endirib, BQXK-nin üç əməkdaşı ölüb, ikisi yaralanıb
Humanitar yardım daşıyan BQXK-yə məxsus avtomobillər Xankəndi istiqamətində hərəkət edir
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












