Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
sizinxeber.az xəbər saytı

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirə başsağlığı ünvanlayıb.

"Sizinxeber.az" xəbər verir ki, başsağlığında deyilir:

" İyunun 28-də Pakistanın Şimali Vəziristan bölgəsində 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli terror aktı nəticəsində həlak olan və yaralananlarla bağlı xəbər məni hədsiz kədərləndirdi.

Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.

Baş vermiş partlayış nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan bütün yaralılara şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Oxşar xəbərlər

Müdafiə naziri Pakistana başsağlığı verib
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Azərbaycan müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib
Zakir Həsənov Qazaxıstan tərəfinə başsağlığı verib
Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər