"Laçın" SBM-də çaşqınlıq içində olan erməni əsgəri ilə Azərbaycan sərhədçisi arasında dialoq (VİDEO)
sizinxeber.az xəbər saytı

"Laçın" SBM-də çaşqınlıq içində olan erməni əsgəri ilə Azərbaycan sərhədçisi arasında dialoq (VİDEO)


Azərbaycanlı sərhədçi ilə Xankəndindən Laçın sərhəd-buraxılış məntəqəsi vasitəsilə Ermənistana gedən erməni əsilli şəxsin dialoqunun görüntüləri yayılıb.

Trend xəbər verir ki, Azərbaycan sərhədçisinin suallarını cavablandıran o, Ermənistan vətəndaşı olsa da, Azərbaycan ərazisində xidmət etməyə məcbur olduğunu etiraf edib.

Bundan əlavə, Xankəndini həmişəlik tərk edərək Ermənistana getdiyini deyir.

Qeyd edək ki, bu gün "Laçın" sərhəd-buraxılış məntəqəsində (SBM) erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

SBM-dən keçən şəxslər arasında Ermənistan vətəndaşları ilə yanaşı, Rusiya vətəndaşları da var. Həmin şəxslərin sənədləri yoxlanıldıqdan sonra onların SBM-dən sərbəst hərəkəti təmin edilib.

Erməniəsilli şəxslərin nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb. Bu, bir daha Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.


Oxşar xəbərlər

“Getməyəcəyik” deyən erməni keşiş Qarabağı tərk etdi
Azərbaycanın azad edəcəyi ermənilərin adları AÇIQLANDI - SİYAHI
Fransanın "yük"ü sərhədimizdən qayıtdı: növbəti uğur
Vitali Balasanyan da saxlanıldı - Son dəqiqə
Vardanyanı saxlayan kimdir? - Sensasion isim

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər