Yeni Günəşlidəki avtobusun ACINACAQLI HALI İLƏ BAĞLI AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Yeni Günəşli istiqamətində hərəkət edən 64 nömrəli marşrut xəttinin acınacaqlı vəziyyətinə reaksiya bildirib.
Qurumdan Sizinxeber.az-ə verilən məlumata görə, görüntüləri yayılan marşrut xəttə əlavə edilən nəqliyyat vasitəsidir:
"64 nömrəli müntəzəm marşrut xəttində gündəlik olaraq 14-15 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Görüntülərdə günün pik saatlarında sərnişin sıxlığı ilə əlaqədar xəttə cəlb edilən əlavə nəqliyyat vasitələridir".
*** 09:52
İctimai nəqliyyatda gediş haqqı artaraq 50 qəpik olsa da, bu artım keyfiyyətə təsir etməyib. Yenə də paytaxt sakinləri istifadə müddətini başa vurmuş marşrut xəttlərindən əziyyət çəkir.
Bunlardan biri də Yeni Günəşli istiqamətində hərəkət edən 64 nömrəli marşrut xəttidir.
Sizinxeber.az-in "Qaynar xətti"nə daxil olan video və məlumata əsasən, gediş haqqı 50 qəpik olduqdan sonra kondisionerli avtobuslar xəttdən yığışdırılıb.
Əvəzinə isə sakinlərin istifadəsinə yararsız marşrutlar veriblər.
Sizinxeber.az sözügedən avtobusun görüntülərini təqdim edir:
Oxşar xəbərlər
Gediş haqqı artdıqdan sonra Yeni Günəşlidəki avtobusun acınacaqlı halı - VİDEO
Gündüz gecikən, axşam yoxa çıxan 79 nömrəli avtobuslar: Bu marşrut xətti YENİLƏNƏCƏK?
Bakıda daha 3 müntəzəm marşrut xəttində ödəniş “BakıKart”la olacaq
“Avtobus sürücüləri sərnişinləri yolda qoyub qayıdırlar” - ŞİKAYƏT
Zəlzələdən sonra avtobuslar gecikib? - RƏSMİ AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












