Qala qəsəbəsindəki ferma sakinlərin kabusuna çevrilib - VİDEO
Xəzər rayonu, Yeni Qala qəsəbəsi, Babək küçəsində yaşayan sakinlər ərazidə yerləşən fermadan şikayətçidirlər.
Vətəndaşları narahat edən məsələ tövlədə saxlanılan heyvanların qoxusu və havalandırma sisteminin səsidir.
Ərazidə yaşayan sakin narahatlığını Baku TV ilə bölüşüb:
"Bura yaşayış sahəsidir. Ərazidə tövlə tikilib və içərisində iribuynuzlu, xırdabuynuzlu heyvanlar saxlanılır. Evində oturub pəncərəni açırsan, peyinin qoxusu evə dolur".
"İçəridə çoxlu keçi var. Səhərlər qoxudan çölə çıxa bilmirik. Artıq bezmişik, nə qədər demək olar, heç kim bizə məhəl qoymur", - deyə başqa bir sakin söyləyib.
Sakinləri narahat edən məsələ ilə əlaqədar ferma sahibi bildirib ki, havalandırma sistemi artıq istifadə olunmayacaq.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Paytaxtın bu hissəsində söküntü işləri başlayır: Sakinlər köçürüləcəklər - VİDEO
Türkiyədə yaşlı qadınlar kafedə havalandırma sisteminə gərə dava ediblər - VİDEO
Sakinləri təngə gətirən yol: "Maşın sürə bilmirik, gəlib üstümüzə çıxırlar" - VİDEO
Biləcəridə zibil problemi - Sakinlər hər gün gözləyir - VİDEO
Sakinlərin DİQQƏTİNƏ: Bakının bu ərazilərində qaz olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













