Sakinləri təngə gətirən yol: "Maşın sürə bilmirik, gəlib üstümüzə çıxırlar" - VİDEO
Samux rayonunun Lək kəndinin sakinləri kəndarası yolların baxımsız olmasından şikayətlənirlər.
Onların sözlərinə görə, uzun müddətdir təmir edilməyən yollardan yayda toz-torpaq, qışda isə palçıq səbəbindən istifadə etmək günü-gündən müşkülə çevrilir.
Sakinlər deyirlər ki, kəndarası yolların baxımsız olması qəza riskini də artırır. Belə ki, sürücülərin maşınları yollardakı çalalara salmamaq üçün tez-tez hərəkət istiqamətini dəyişməsi bir-biriləri üçün təhlükə yaradır.
"Yolda maşın sürə bilmirik. Keçən gün az qala qarşıdan gələn avtomobillə toqquşmuşduq. Yolların hamısı oyuq-oyuqdur", - deyə kənd sakini söyləyib.
Məsələ ilə bağlı Lək bələdiyyəsinin sədri Cəsur Məmmədov açıqlama verib:
"Kəndimizdə əsas yol var, bu köhnə asfaltdır. Oraya mütəmadi olaraq çınqıl tökürük. Yaxın günlərdə yolu təmir etmək planımızdadır".
Daha ətraflı Baku TV-nin materialında:
Oxşar xəbərlər
Şəmkir sakini: "Lift işləmədiyi üçün çağırdığımız həkim yuxarı qalxmır" - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həkimsiz, qazsız və bankomatsız qalan Samux kəndləri [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP nənə və nəvənin öldüyü qəza ilə bağlı məlumat yaydı, xəbərdarlıq etdi - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lökbatanın bəzi küçələri su içində: Sakinlər şikayətçidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda keçiddən keçməyən piyadanı maşın vurdu - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












