Moped və motosiklet sürənlərə xüsusi XƏBƏRDARLIQ - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) moped və motosiklet sürücülərinə müraciət edib.
NİİM-dən BAKU.WS-ə verilən məlumata görə, işıqforun qırmızı işığından keçən moped sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Hadisə bu gün günorta saatlarında Nərimanov rayonu, Təbriz və İzzəddin Həsənoğlu küçələrinin kəsişməsində baş verib.
"Məsələ burasındadır ki, paytaxtın müxtəlif küçə və prospektlərində moped və motosiklet sürücülərinin bir çoxu svetoforun qırmızı işığından keçir, əks istiqamətdə getməklə və piyada səkiləri ilə hərəkət etməklə qaydaları heçə sayırlar. “Yol Hərəkəti Haqqında” qanunun tələblərini kobud şəkildə pozan belə sürücülər səbəb olduqları yol-nəqliyyat hadisəsinin qurbanı olmaqla yanaşı, digər yol hərəkəti iştirakçılarının həyatı üçün də təhlükəli vəziyyət yaradırlar. Təhlillər göstərir ki, bu sürücülərin bəziləri motodəbilqədən istifadə etsə də, müəyyən hissəsi qoruyucu dəbilqələrdən istifadə etmir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bir daha moped və motosiklet sürücülərinə tövsiyə edirik ki, yol hərəkəti qaydalarına düzgün riayət etsinlər, özlərinin və digərlərinin həyatı üçün təhlükə yaratmasınlar", - müraciətdə vurğulanıb.
Oxşar xəbərlər
NİİM: Moped və motosiklet sürücülərinin bir çoxu piyada səkiləri ilə hərəkət etməklə qaydaları heçə sayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
NİİM moped və motosiklet sürücülərinə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzada ölən moped sürücüsünün yeni görüntüləri yayılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəza zamanı ölən moped sürücüsünün yeni görüntüləri yayılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP: Güclü külək yollarda qəza riskini artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












