

Şuşadakı otellərin qazancı kəskin artdı
Şuşadakı otellərin qazancı kəskin artıb.
Sizinxəbər.az Fed.az-a istinadən xəbər verir ki, 2023-cü ilin ilk 9 ayının nəticələrinə əsasən Şuşa otelləri gəlirlərinin həcminə görə digər turizm mərkəzi olan Şəkini geridə qoyub.
2023-cü ilin ilk 9 ayında Şuşadakı otellərdə 12 min nəfərə yaxın qonaq olub. Onlardan 9,8 min nəfəri Azərbaycan vətəndaşı, 2,2 min nəfər isə əcnəbidir.
Qeyd edək ki, 2022-ci ildə Şuşa otelləri 14 min nəfərdən çox qonağa xidmət göstərmişdi ki, bunun da 1800 nəfərini əcnəbi təşkil edirdi.
Şuşadakı otellərin gəlirləri də kəskin artıb. Belə ki, Şuşa otelləri 2022-ci il ərzində 2 milyon manat qazandıqları halda, 2023-cü ilin 9 ayında bu rəqəm 3 milyon manata çatıb, ilin sonunadək isə rəqəmin 4 milyon manatı keçəcəyi gözlənilir.
Şuşa bu göstəriciyə görə turizm mərkəzlərindən olan Şəkini geridə qoyub – "Gülüş şəhəri"ndəki otellər 9 ayda cəmi 2,7 milyon manat qazanıblar.
Maraqlıdır ki, Şuşadakı otellərin gəlirinin böyük hissəsi otel nömrələrinin satışından deyil, restoranlardakı xidmətlərdən daxil olub.
Bununla yanaşı, hesabat dövründə Şuşada otellərin tutumluluğu yalnız 16% təşkil edib. Bu, ölkə üzrə 20,8% təşkil edən ümumi göstəricidən aşağıdır.
Oxşar xəbərlər
Azərbaycanda sair vergi daxilolmaları üzrə proqnoz 5 % azaldılır
Azərbaycanda sair qeyri-vergi daxilolmaları üzrə proqnoz 1 % azaldılır
Pensiya və maaşlar artırılır - Büdcə layihəsi
Gələn il maaşlar bu qədər arta bilər
Azərbaycanda sosial müavinətlər və təqaüdlərlə bağlı YENİLİK
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
