“Türk dünyasının Turizm Paytaxtı" Şamaxıdan Türkistan şəhərinə keçib
Bu gün Şamaxıda Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə “Türk dünyasının Turizm Paytaxtı 2023 – Şamaxı”nın bağlanış mərasimi keçirilib.
"Sizinxeber.az"un Agentliyə istinadən verdiyi məlumata görə, tədbirdə TDT-nin üzv dövlətlərindən turizm üzrə məsul qurumların nümayəndələri, Qazaxıstanın Türkistan şəhərinin və Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndə heyətləri iştirak edib.
Bağlanış mərasimində Şamaxı ilə yanaşı 2024-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilmiş Türkistan şəhərinin turizm potensialı tədbir iştirakçılarına təqdim edilib, təbliğat video-çarxları nümayiş etdirilib.
Bağlanış mərasiminin sonunda Qazaxıstanın Türkistan şəhərinin 2024-cü il üçün "Türk dünyasının turizm paytaxtı" seçilməsi ilə əlaqədar simvolik açar Türkistanın nümayəndə heyətinə təqdim edilib.
Xatırladaq ki, 2022-ci ilin 23-24 may tarixlərində Şamaxı şəhərində təşkil edilmiş Türk Dövlətləri Təşkilatının Turizm üzrə Nazirlərinin 7-ci iclasında Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib.
Oxşar xəbərlər
Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq
İlham Əliyevdən Şuşa ilə bağlı sərəncam
Aydın Kərimov: “Azad edilmiş ərazilərdə bugünədək 16 abidə bərpa olunub”
İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”
Prezident İlham Əliyev Qazaxıstana səfərə gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













