Azərbaycanın turizm potensialı “MICE4U” tədbirində tanıdılıb
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun iştirakı ilə bu gün Rusiyanın paytaxtı Moskvada keçirilən “MICE4U” tədbirində ölkəmizin işgüzar turizm potensialı tanıdılıb.
"Sizinxeber.az" agentliyə istinadən xəbər verir ki, tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin təbliğat fəaliyyətini genişləndirməkdir.
Rusiyanın işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssis və agentlikləri ilə keçirilən B2B formatlı görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.
Bu ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 501 417 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 %-dan çox artım deməkdir.
Oxşar xəbərlər
Azərbaycan turizm imkanları Hindistanda sərgilənir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
