Fuad Nağıyev: Qastroturizmin inkişafı fəaliyyət istiqamətlərimiz arasında xüsusi yer tutur
sizinxeber.az xəbər saytı

Fuad Nağıyev: Qastroturizmin inkişafı fəaliyyət istiqamətlərimiz arasında xüsusi yer tutur


Azərbaycanda qastroturizmin inkişafı fəaliyyət istiqamətlərimiz arasında xüsusi yer tutur.

“Sizinxeber.az” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dövlət Turizm Agentliyi və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda keçirilən “Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbirində deyib.

"Bu istiqamətdə fəaliyyətimiz yalnız qastronomik turların təşkili və ya milli mətbəximizin tanıdılmasını ehtiva etmir. Eyni zamanda, regionlarda unudulmuş, qədim dadları üzə çıxarmaq, biomüxtəlifliyi qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq da qastroturizmin inkişafına daxildir", - F.Nağıyev qeyd edib.

O bildirib ki, qədim Azərbaycan yeməklərinin aşkara çıxarılaraq nəsillərdən-nəsillərə ötürülməsi bizim həm də mənəvi borcumuzdur:

"Bu, yalnız kulinariya nümunələri deyil, həmçinin yerli adət-ənənələrin, milli mədəni irsin və yerli mədəniyyətin qorunub saxlanması, dünya irsinə qazandırılması deməkdir".

Oxşar xəbərlər

Bakıda yeni turistik istiqamətlər yaradılacaq
Azərbaycan Serbiya ilə turizmin inkişafı üzrə memorandum imzalayacaq
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər
Qərbi Azərbaycan İcmasında Milli Mətbuat Günü qeyd olunub
Azərbaycan və Kamboca turizmi inkişaf etdirir: Vyetnam və Laosa kombinə edilmiş turlar da mümkündür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər