600-dən yuxarı bal toplayan abituriyent niyə universitetə qəbul ola bilməyib? - RƏSMİ
Sosial şəbəkələrdə Azərbaycanda I qrup üzrə qəbul imtahanında 658 bal toplayan oğlan və 630 bal yığan qızın müsabiqədən keçə bilməməsi ilə bağlı məlumatlar yayılıb. Bu xəbər bir neçə gündür ki, müzakirə mövzusudur. Bəs reallıq nə yerdədir?
Sizinxeber.az xəbər verir ki, Oxu.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.
Qurumun şöbə müdiri Xanlar Xanlarzadə saytımıza açıqlamasında bildirib ki, I qrup üzrə 620-630 bal aralığında bir nəfər müsabiqədən kənarda qalıb:
"II qrupda belə bir abituriyent yoxdur. III qrup üzrə 610 bal aralığında bir nəfər ali təhsil müəssisəsinə qəbul olmayıb. IV qrup üzrə də elə bir abituriyent yoxdur ki, 600 üzəri bal toplasın, amma ali təhsil müəssisəsinə qəbul olmasın.
I qrup üzrə müsabiqədən kənarda qalan abituriyent yalnız ödənişsiz yeri seçib. Onun ərizəsində başqa yerləri də seçmək imkanı var idi. Bu, abituriyentin şəxsi təşəbbüsüdür. Situasiyanı bilmirik, bu məsələ ilə bağlı DİM-ə müraciət etməyiblər. Kimsə şəxsi seçim edirsə, onu səhv kimi dəyərləndirmək doğru deyil. Burada məntiqli seçim olub, yanlışlıq yoxdur".
Oxşar xəbərlər
DİM: 600-dan çox bal toplamış 2 abituriyent universitetə qəbul olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 600 baldan yuxarı bal toplayan 101 abituriyent Qarabağ Universitetini seçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Üçüncü qrup üzrə 150-dən yuxarı ümumi bal toplayan abituriyentlərə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












