

Subbakalavrlar bu il universitetlərdən kənar qalacaqlar? - RƏSMİ CAVAB
Avqustun 20-də I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başa çatıb. Ancaq subbakalavrların bu il müsabiqədə qəbul şanslarının olmadığına dair fikirlər dolaşır. Bunun səbəbini I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin sayının çox olması ilə əlaqələndirirlər.
BAKU.WS mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinə sorğu ünvanlandı. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə məsələyə münasibət bildirdi:
"Subbakalavrlar da müsabiqədə iştirak edirlər. Sadəcə qaydalara əsasən, hər hansı bir plan yerinə ilk növbədə imtahanda iştirak edən abituriyentlər yerləşdirilir. Boş yer qaldığı təqdirdə subbakalavrların yerləşdirilməsi (ümumi orta müvəffəqiyyət göstəricilərinə əsasən) aparılır. Subbakalavrların şansı ixtisas qrupları və konkret ixtisaslara görə dəyişir. Bu il subbakalavrların daha çox II ixtisas qrupuna aid ixtisaslara qəbul olmaq şansları var. Çünki faktiki olaraq bu qrup üzrə ayrılan plan yerləri müsabiqədə iştirak edən abituriyentlərin sayından çoxdur. Digər qruplarda da müəyyən ixtisaslara subbakalavrlar qəbul ola bilərlər. Müsabiqə nəticələri elan olunanda nə qədər subbakalavrın ali təhsil müəssisələrinə qəbul olunduğu haqqında statistik məlumat da veriləcək. Məsələn, ötən il ümumilikdə 6 mindən çox subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub".
Oxşar xəbərlər
Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır
Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır
Bu gündən universitetlərə ixtisas seçimi başlayır
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - YENİLƏNİB
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
