Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün yekun heyəti bəlli olub
Azərbaycanın kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Gümüş Liqası üçün yekun heyəti bəlli olub.
Bu barədə "Sizinxeber.az"a Voleybol Federasiyasından məlumat verilib.
Baş məşqçi Fərid Cəlalov, köməkçiləri Akif Vəliyev və Cəlil Cəlilovla birlikdə 12 voleybolçuya şans verəcək.
Hücumçular: Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Vüsal Qurbanov.
Blokçular: Aslan Həmidov Mərdan Məmmədov, Dmitri Baranov, Ramazan Ağabəyov.
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou.
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov.
Qeyd edək ki, Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı ikinci tur oyunları 13-15 iyun aralığında Bakıda, üçüncü tur isə 20-22 iyun aralığında Farer adalarında təşkil olunacaq.
Oxşar xəbərlər
Azərbaycanın voleybol millisi Avstriyaya yollanıb
Azərbaycan millisi Gümüş Avropa Liqasının oyunları üçün İsveçə yollanıb
Azərbaycan voleybol millilərinin Avropa Qızıl və Gümüş Liqalarındakı oyunlarının təqvimi müəyyənləşib
Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsi üçün yekun heyəti bəlli olub
Millətlər Liqası: Azərbaycan millisinin heyəti bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














