Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsi üçün yekun heyəti bəlli olub
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsi üçün yekun heyəti bəlli olub


Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Baş məşqçi İlqar Aslanov 2-si qapıçı olmaqla 12 oyunçunu səfərə aparacaq.

Qapıçılar: Əbdül Hüseynov, Əli Həsənzadə

Oyunçular: Nazim Hüseynov, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Bəyoğlan Vəlizadə, Pünhan Qasımov, Ədalət Ələkbərov, Rəvan Məsiyev, Rəvan Quliyev, Umud Qasımov, Hüseyn Cəfərzadə

Qeyd edək ki, B qrupunda yer alan U-19 yanvarın 25-də Kosovo, ertəsi gün – yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan Futzal Federasiyasının rəsmisi U-19 yığması ilə görüşüb
Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatının ilkin mərhələsinə uğur qazanmaq üçün qatılırıq
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub
Avropa çempionatı: Azərbaycan - Kosovo matçının təyinatları açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər