Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib
sizinxeber.az xəbər saytı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib


Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, "Azərreyl” və " Xilasedici" kollektivlərinin görüşündə birincilər həlledici mərhələyə yüksəlib.

İlk yarımfinal oyununda 3:0 hesabı ilə qalib gələn "Azərreyl" ikinci matçda 1:3 hesabı ilə uduzub. Bu səbəbdən cütün taleyi qızıl setdə həll olunub. Burada rəqibini (15:13) üstələyən Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv adını finala yazdırıb.

Həlledici mərhələyə digər vəsiqəni isə "Murov Az Terminal" kollektivi əldə edib. Birinci yarımfinal qarşılaşmasında "Neftçi"yə 3:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi ikinci görüşdə də eyni hesablı qələbəyə sevinib.

Oxşar xəbərlər

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək
Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal oyunlarının proqramı müəyyənləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında sonuncu turun oyunları keçirilib
Kişi voleybolçular arasında Azərbaycan çempionatında VII tura yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər