Emin Əmrullayev: "İnanırıq ki, "Sabah" Avropada da Azərbaycanı layiqincə təmsil edəcək"
sizinxeber.az xəbər saytı

Emin Əmrullayev: "İnanırıq ki, "Sabah" Avropada da Azərbaycanı layiqincə təmsil edəcək"


İnanırıq ki, "Sabah" Avropada da Azərbaycanı layiqincə təmsil edəcək.

“Report” xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev deyib.

Azərbaycan Baketbol Liqasının finalında üz-üzə gələn “Sabah” və “Xəzri” komandalarının oyununu izləyən qurum rəhbəri görüşlə bağlı təəssuratlarını bildirib:

"Gərgin və maraqlı oyuna şahidlik etdik. Düşünürəm ki, ildən-ilə Azərbaycanda Basketbola maraq artmaqdadır və hər il çempionluq yarışında gərgin mübarizə gedir. Bu gün qalib olan "Sabah" komandasını təbrik edirik. İnanırıq ki, Avropada da ölkəmizi layiqincə təmsil edəcəklər".

Təhsil Naziri Paris 2024 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanan Azərbaycanın qadınlardan ibarət 3×3 Basketbol millisi barədə də danışıb: "Olimpiadaya vəsiqə qazanmaq özü bir uğurdur. İnşallah, bu naliliyyətlırin davam gələr. Yığmamız üçün bu böyük təcrübə olacaq. Orada yer alan rəqibləri özünüz bilirsiniz. Mən də hər kəs kimi komandamıza azarkeşlik edəcəyəm".

E.Əmrullayev Azərbaycan Basketbol Liqasında komanda sayının artırıla biləcəyini söyləyib: "Müəyyən planlar var ki, yaxın vaxtlarda komanda sayını artıraq. Bu ya 10 komanda olacaq, ya da 12".

Oxşar xəbərlər

"Sabah"ın baş məşqçisi: Çempion olduğumuz üçün çox şadam [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Sabah”ın məşqçisi: “Rəqibi müdafiəmizlə məğlub etdik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər