"Sabah"ın baş məşqçisi: Çempion olduğumuz üçün çox şadam
Çempion olduğumuz üçün çox şadam.
“Sizinxeber.az” xəbər verir ki, bunu “Xəzri”yə (74:69) qalib gələrək Azərbaycan Baketbol Liqasında çempion olan “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis deyib.
64 yaşlı litvalı mütəxəssis görüşün gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Xəzri" güclü komandadır. Onları çətinliklə məğlub etdik. Hər iki komandanın ifasında gərgin oyun izlədik. Komandama qalib gəldikləri üçün öz təşəkkürümü bildirirəm.
Cari mövsüm çox çətin keçdi. Komandalar ildən-ilə gücünü artırır. Çempion olduğumuz üçün çox şadam".
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının final seriyasının dörcüncü görüşündə “Xəzri” üzərində ardıcıl 3-cü qələbəsini qazanan “Sabah” qızıl medallara sahib çıxıb.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib
“Sabah”ın məşqçisi: “Rəqibi müdafiəmizlə məğlub etdik”
Azərbaycan Basketbol Liqasında növbəti finalçı məlum olub
Millinin sabiq basketbolçusu: "Kurtinaytisin gəlişi "Sabah" üçün böyük təkan olacaq"
Emin Əmrullayev: "İnanırıq ki, "Sabah" Avropada da Azərbaycanı layiqincə təmsil edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













