“Sumqayıt”ın baş məşqçisi: Qələbə istəyi dadımıza çatdı
Qələbə istəyi dadımıza çatdı.
“Report” xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Teymur Hüseynov “Xəzri”ni 84:77 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının XVI tur oyunu ilə bağlı danışarkən deyib.
Mütəxəssis matçın son periodunda sürətlərinin aşağı düşdüyünü etiraf edib: “Uşaqlar çox yaxşı döyüşdülər. Onlara bu oyunun son şans olduğunu söyləmişdim. Növbəti hədəf “Sabah”dır! Hərçənd dördüncü periodda bir qədər oyundan düşdük. Xeyli səhvə yol verdik. Amil Həmzəyevin meydana çıxması da işimizi çətinləşdirdi. Üstəlik, zədəli halda oynadı. Çox gənc kollektivik, komandanı arxasınca aparan təcrübəli basketbolçumuz yoxdur”.
Teymur Hüseynov son turlardakı uğurlu nəticələr sayəsində artıq pley-offa iddia etdiklərini bildirib: “Bəzi qarşılaşmalarda səhvlərimiz olmasaydı, artıq pley-offda idik. O ki qaldı sonda taym-aut götürməyimzə, düzdür, bu, rəqibin düşərgəsində narazılığa səbəb oldu. Amma mən əvvəlcədən bildirmişdim ki, top bizdə olanda taym-aut götürəcəyik. NBA-da belə hallarda taym-autdan istifadə edirlər. Hər şeyi bir kənara qoyaq, komandamız çempionatda ardıcıl 3 oyundur qalib gəlir. Biz bunu bacarmalı idik”.
Qeyd edək ki, “Sumqayıt” 22 xalla yeddinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
“Sabah”ın məşqçisi: “Rəqibi müdafiəmizlə məğlub etdik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Xəzri”nin kapitanı: “Rəqib ev sahibliyi üstünlüyündən uğurlu istifadə etdi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Basketbol Liqası: "Xırdalan" klubu "Sumqayıt"ı məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlian İliyev: Azərbaycan millisi məni təəccübləndirmədi [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın baş məşqçisi: "Bu günü yox, sabahı da düşünürük" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












