"NTD-İndiqo"nun basketbolçusu: Azərbaycan Kubokunu qazanmaq istəyirik
İlk oyunda "Şəki" üzərində qələbə titul yolunda ilk addım idi. Azərbaycan Kubokunu qazanmaq istəyirik.
"Sizinxeber.az" xəbər verir ki, bunu "NTD-İndiqo"nun basketbolçusu Murad Babayev Azərbaycan Kubokunun II turu çərçivəsində "Şərhədçı" ilə keçirəcəkləri oyundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
"Qarşıda bizi "Sərhədçi" ilə matç gözləyir. Qələbə qazanmaq istəyirik. Biz, "Sabah" və "Sərhədçi" bu qrupun favoritləri sayılırıq. Ona görə də bizi çox vacib və gərgin oyun gözləyir", - deyə M.Babayev söyləyib.
O, "Şəki" ilə matçda məhsuldar çıxış etdiyini xatırladıb: "Həmin görüşdə 21 xal topladım. Komanda və məşqçilər mənə inanırlar. Bu mənə güc verir. Kubokda yerli basketbolçuların oynamaq şansı daha çoxdur. Çempionatda nisbətən az oynayıram. Amma baş məşqçimiz liqa matçlarında da yerli oyunçulara şansı verir. Və bu bizim üçün böyük üstünlükdür. Gənc basketbolçularımız Maqsud və Məhəmməd də kubokun ilk oyununda çıxış ediblər. Deyərdim ki, çox yaxşı oynayıblar".
Qeyd edək ki, "NTD-İndiqo" klubu Azərbaycan Kubokunun I turunda "Şəki"ni 103:63 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Millinin sabiq basketbolçusu: "Kurtinaytisin gəlişi "Sabah" üçün böyük təkan olacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" rahat qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Turan Tovuz”un 250 oyun keçirən kapitanı: “Heç kim onun rekordunu qıra bilməyəcək” - MÜSAHİBƏ + FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“NTD-İndiqo” amerikalı basketbolçu transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Araz-Naxçıvan"ın futbolçusu: "Sumqayıt"la oyunun nəticəsi ədalətli deyildi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












