Azərbaycanlı nümayəndələr Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıblar
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıblar.
“Report” xəbər verir ki, avrokubok yarışları beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və AVF-nin beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılovaya həvalə edilib.
E.Zülfüqarov kişilər arasında Çempionlar Liqasının C qrupunda mübarizə aparan “Halkbank Ankara” (Türkiyə) və “Gas Sales Daiko Piacenza” (İtaliya) komandalarının matçını idarə edəcək. Qarşılaşma yanvarın 10-da “TVF Sport Complex Baskent Sports Hall”da keçiriləcək.
İsmayılova da həmin turnirə təyinat alıb. O, eyni gündə B qrupunda baş tutacaq “ACH Volley” (Sloveniya) - “Trentino İtas” (İtaliya) oyununda hakimlərin işinə qiymət verəcək.
Oxşar xəbərlər
Əliyar Ağayev “Mançester Siti”nin Çempionlar Liqasındakı oyununu idarə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Voleybol Federasiyası illik hesabat verəcək, millinin baş məşqçisi təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ÇL: PSJ və "Porto" növbəti mərhələdə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək - AFİŞA [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Neftçi”nin baş məşqçisi: “Bir setdə voleybol şanssızlığı ilə üzləşdik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












