sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ACF daha 24 klub və idman təşkilatına beş illik lisenziya təqdim edib
Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən daha 24 klub və idman təşkilatına beş il müddətinə lisenziya təqdim edilib.
ACF-dən "Report"a verilən məlumata görə, qurumlar qaydalara uyğun şəkildə tələb olunan sənədləri təqdim edib və müəyyən olunmuş meyarlar əsasında seçiliblər.
Təqdimat mərasimində ACF-nin idman direktoru və baş katibin müavini Kamran Talıbov lisenziyalaşdırma prosesinin mahiyyəti, əhəmiyyəti, klub və idman təşkilatlarının üzərinə düşən öhdəliklər barədə məlumat verib. Həmçinin onların suallarını ətraflı cavablandırıb.
Qeyd edək ki, bundan əvvəl ACF tərəfindən 178 klub və idman təşkilatına lisenziya təqdim olunub.
Oxşar xəbərlər
ACF-nin idman direktoru: "Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq"
Parataekvondoçumuz Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan Cüdo Federasiyası ACF turuna start verir
Cüdo üzrə Bakı şəhər çempionatı keçiriləcək
Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













