
UEFA Konfrans Liqası: "Zirə" "DAK 1904" klubunun qapısından dördüncü qolu keçirib - YENİLƏNİB

UEFA Konfrans Liqası: "Zirə" "DAK 1904" klubunun qapısından dördüncü qolu keçirib - YENİLƏNİB
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) oyununda daha iki qol vurulub.
"Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu ikinci hissədə rəqibini daha iki dəfə məyus edib. - 4:0
51-ci və 53 dəqiqələrdə David Volkov vurduğu qollarla dubl müəllifi olub.
***21:06
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçında ard-arda iki qol vurulub.
"Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu rəqibini iki dəfə məyus edib.
29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə isə Junior Martins rəqib qapısına yol tapıb.
***20:34
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçı start götürüb.
Qarşılaşma "Dalğa Arena"da keçirilir.
Görüşü lüksemburqlu baş hakim İvo Torres idarə edir.