
"Zirə"nin baş məşqçisi Salifu Sumadan danışdı: Öz karyerasını təhlükə altına qoydu

"Zirə"nin baş məşqçisi Salifu Sumadan danışdı: Öz karyerasını təhlükə altına qoydu
Salifu Suma öz karyerasını təhlükə altına qoydu.
Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "DAK 1904"lə (Slovakiya) oyun öncəsi mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə (Moldova) keçirilən matçda qırmızı vərəqə alaraq meydandan qovulan Salifu Sumanın komandanı çətin vəziyyətdə qoyduğunu bildirib:
"Şerif"lə matç artıq arxada qalıb. Lakin Suma tək meydanda olan futbolçulara qarşı yox, özünə qarşı da yanlış hərəkət etmiş oldu. Düşünürəm ki, onun gələcək karyerası sual altına düşüb. "Zirə"də onu güclü cəza gözləmir. Çünki mən futbolçularımı cəzalandırmağı sevən məşqçi deyiləm. Yəqin ki, komanda olaraq bizi cərimə gözləyir. Mən öz futbolçumu cəzalandırsam da, nəticə dəyişməyəcək. O, bizi çətin meydanda çətin vəziyyətdə qoydu".
Qeyd edək ki, "Zirə" UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"ə məğlub olaraq, mübarizəni Konfrans Liqasında davam etdirmək haqqı qazanıb.//report